Ana səhifə
16 Noyabr 2018

Vitse-prezident Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

ARDNŞ-nin vitse-prezidenti Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb.

 

 

Ucnoqta.az bildirir ki, ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirmiş və onları tikiləcək kompleks haqqında geniş məlumatlandırmışdır.Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, NQNK-nın inşasının ARDNŞ-nin fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən BANM-nin rektoru Elmar Qasımov belə görüşlərin keçirilməsində məqsədin tələbələri şirkətin inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etməkdən ibarət olğudunu bildirmişdir. Daha sonra ARDNŞ-nin vitse-prezidenti Tofiq Qəhrəmanov rəhbərlik etdiyi NQNK layihəsinə dair təqdimatla çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikiləcək yeni kompleksin 2018-2020-ci illərdə istifadəyə veriləcəyini tələbələrin diqqətinə çatdırmışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, müxtəlif növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal ediləcəyini söyləmişdir. Layihənin icrasında müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM ilə bu istiqamətdə əməkdaşlığa, ən bacarıqlı tələbələrin NQNK layihəsində təcrübə keçmələrinə şərait yaradılacağını bildirmişdir. Təqdimatdan sonra vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandırmışdır. Tədbirin sonunda E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomunu təqdim etmişdir.

 

Bəhruz

Tarix
20 Noyabr 2014 [13:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin