Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkəndən yıxılaraq ölüb

11:42 - 3 Avqust 2017 - HADİSƏ

 Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.
Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti