Neymar karyerasını “Barselona”da davam etdirmək istəmədiyini açıqlayıb

14:58 - 2 Avqust 2017 - İDMAN

 İspaniya təmsilçisi “Barselona” futbolçusu Neymarın klubu tərk etmək istədiyini açıqlayıb. Bu barədə kataloniyalıların rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, 25 yaşlı braziliyalı hücumçu klub rəhbərliyindən icazə alaraq komandanın bu gün səhər baş tutan məşqində iştirak etməyib: “Neymar səhər məşqindən əvvəl karyerasını “Barselona”da davam etdirmək istəmədiyini açıqlayıb. Ona görə də futbolçuya gələcək karyerası ilə bağlı işlərini qaydasına salması üçün məşqdə iştirak etməməyə icazə verilib”.

Qeyd edək ki, Neymarın 222 milyon avro qarşılığında Fransanın PSJ klubuna transfer olunacağı gözlənilir.report

Xəbər xətti