“Qarabağ” İtaliya “İnter”ini geridə qoydu

11:53 - 2 Avqust 2017 - İDMAN

UEFA klubların yeni reytinqini açıqlanıb. Qurumun rəsmi saytında verilmiş xəbərə görə,  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şerif”ə qalib gələn (2:1) “Qarabağ” xalını artırıb.
Azərbaycan çempionu son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. "Şerif"lə oyuna qədər  16,000 xalla 75-ci yerdə olan "Qarabağ"  İtaliya “İnter”i, Moskva “Dinamo”su və “Rubin”lə eyni xala malik idi. Tiraspoldakı qələbədən sonra isə  "Qarabağ" hər üç şərikini arxada qoyaraq 75-ci yerin tək sahibi olub.
Digər klublarımızdan  “Qəbələ” (5,250) 168-ci, “Neftçi”, “İnter”, “Zirə”, “Xəzər Lənkəran” və “Kəpəz” (hamısı 3,475) isə  248-ci yerdə qərarlaşıb.
Siyahıya Madrid "Real"ı (17.813) başçılıq edir. Eyni xala malik olan "Atletiko" 2-ci, "Barselona" 3-cüdür.qol.az

Xəbər xətti