Moldova Futbol Federasiyasının prezidenti: ""Qarabağ" nə "Real", nə də "Barselona"dır"

12:36 - 1 Avqust 2017 - İDMAN

“Şerif”in Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün gözəl şansı var. Çünki onlar nə “Atletiko”, nə “Real”, nə “Barselona”, nə də “Bavariya” ilə qarşılaşacaqlar. Bu komanda “Qarabağ”la üz-üzə gələcək". Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu "Şerif"in Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a qarşı oyunda şanslarını dəyərləndirərkən deyib.
Moldova mətbuatına danışan federasiya rəsmisi Ağdam klubunun heyətində yaxşı braziliyalı futbolçular var: "Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər”.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.

Xəbər xətti