Çində ağır yol qəzası: sement maşını sərnişin avtobusu ilə toqquşdu

12:25 - 1 Avqust 2017 - DÜNYA

Çinin şimalında sement daşıyan maşınla sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 4 nəfər həlak olub, 48 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.trend

Xəbər xətti