ABŞ generalı: "Son 400 ildə Rusiya imzaladığı heç bir razılaşmanı könüllü şəkildə icra etməyib”"

11:37 - 1 Avqust 2017 - DÜNYA

Rusiya Dnestryanı və Gürcüstanla bağlı əldə olunan razılaşmalara əməl etmir.Bunu Ukrayna mətbuatına açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Xoces söyləyib.
“Biz görürük ki, ruslar ATƏT-in xüsusi monitorinq missiyasına çalışmağa izn vermirlər. Biz bilmirik ki, onlar Donbas sərhədinə nə qədər silah gətirib. Ruslar həmçinin Putin-Sarkozi razılaşmasına əsasən qoşunlarını Gürcüstandan çıxarmalı idilər. Abxaziya və Cənubi Osetiyada hələ də 10000-dən çox rus hərbçisi var. Son 400 ildə Rusiya imzaladığı heç bir razılaşmanı könüllü şəkildə icra etməyib”, – general bildirib.axar.az

Xəbər xətti