“Şerif” – “Qarabağ” oyunu canlı yayımlanmaya bilər

11:05 - 1 Avqust 2017 - İDMAN

Moldovanlar “İdman Azərbaycan”dan 100 min avro tələb olunur

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan “Şerif” – “Qarabağ” oyununu “İdman Azərbaycan” kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moldovada matçı canlı göstərəcək televiziya Azərbaycan tərəfindən 100 min avro tələb edib. 
Məlumatı saytımıza “İdman Azərbaycan”ın xəbərlər departamentinin rəhbəri Siyavuş Əliyev də təsdiqləyib: “Hələ ki, yenilik yoxdur. İndiki halda oyunun canlı yayımlanması real görünmür. Qarşı tərəf bizdən 100 min avro tələb edir”.
Məlumat üçün bildirək ki, canlı yayımla bağlı problem Moldova tərəfindən qaynaqlanır. "İdman Azərbaycan" kanalı isə hələ də qarşı tərəflə danışıqları davam etdirir. 
Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Xəbər xətti