Bakı-Quba yolunda iki maşın toqquşub: xəsarət alanlar var

10:29 - 1 Avqust 2017 - HADİSƏ

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Toyota-Prado” markalı avtomaşınla “Zil” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.

Xəbər xətti