Masallıda dülgər sexində yanğın olub

08:42 - 1 Avqust 2017 - HADİSƏ

Masallıda dülgər sexində yanğın olub.Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə,Masallı rayonu, Böyük Xocavər kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisinə yığılmış 10 m2 sahədə taxta yonqarlar yanıb. Dülgər sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti