"Qəbələ" "Panatinaikos" oyununun biletləri satışda

14:39 - 31 İyul 2017 - İDMAN

"Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb."Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumatına görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar.  Qiymətlər sektorlardan asılı olaraq 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Xəbər xətti