Göygöldə istirahət mərkəzində yanğln olub

09:29 - 29 İyul 2017 - HADİSƏ

Göygöl rayonu, Toğanalı kəndində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Göygöl rayonu, Toğanalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahat mərkəzinin mətbəxin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb. İstrahat mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti