Şamaxıda avtomobil yanıb

07:48 - 29 İyul 2017 - HADİSƏ

Şamaxı rayonunda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus evin həyətyanı sahəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti