Bakıda mağazalar yanıb

09:17 - 28 İyul 2017 - HADİSƏ

Bakıda yanğın olub. FHN-nin saytında verilmiş xəbərə görə,  yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazalarda baş verib. Nəticədə mağazaların  yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib. Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub.  

Xəbər xətti