Yevlax RİH: "Yanğın söndürülüb, xəstələr və tibb işçiləri təxliyə olunub"

15:21 - 27 İyul 2017 - Xəbər

 "Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib". Ucnoqta.az xəbər verir ki, bunu "Report"a Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.
C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

Xəbər xətti