Lerikdə broyler fabrikində partlayış: ölən və yaralananlar var-YENİLƏNİB

11:44 - 27 İyul 2017 - Xəbər

Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.
Hazırda Lerik rayon prokurorluğu, rayon polis şöbəsi və icra hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.trend

***

Lerik rayonunda broyler fabrikində partlayış olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb. Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Xəbər xətti