Ana səhifə
20 Yanvar 2018

Fatih Terim istefa verib

Türkiyənin futbol millisində şok ayrılıq baş verib. Apasport.az saytının məlumatına görə, Fatih Terim Tükiyə yığmasının baş məşqçisi və Futbol Direktoru vəzifəsindən ayrılıb. Belə ki, son günlər adı “Qalatasaray”la hallanan 64 yaşlı mütəxəssis bu gün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmiləri ilə bir araya gəlib. Federasiyanın Leventdəki bazasında baş tutan görüşün ardından təcrübəli çalışdırıcı vəzifəsindən istefa verib.
Məlumatı TFF prezidenti Yıldırım Dəmirörən də təsdiqləyib. O, qısaca olaraq, ayrılığın baş tutduğunu açıqlayıb: “Terim yığmanın baş məşqçisi vəzifəsindən getdi. Onunla qarşılıqlı razılıqla sağollaşdıq”.
Qeyd edək ki, Fatih Terim bundan əvvəl 1993-1996 və 2005-2009-cu illərdə də Türkiyə yığmasını çalışdırıb. O, 2013-cü ildən bəri “ay-ulduzlular”ın “sükanı arxası”nda olub.

Tarix
26 İyul 2017 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ