Ana səhifə
16 Oktyabr 2018

ABŞ hərbi texnikası Gürcüstana gətirilib

ABŞ ağır hərbi texnikasının bir hissəsi artıq Gürcüstana gətirilib. Ucnoqta.az xəbər verir ki, Apa Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sözügedən texnikadan NATO təlimlərində istifadə olunacaq.
“Abrams” tankları və “Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb. 
Qeyd edək ki, NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək. 

Tarix
26 İyul 2017 [15:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin