Ana səhifə
13 Noyabr 2018

Gürcüstan-Azərbaycan arasındakı dostluq münasibətləri yüksək səviyyədədir

Azərbaycan diasporası Gürcüstan-Azərbaycan dostluğunun möhkəmləndirilməsində böyük xidmətlər göstərir 

Cürcüstan-Azərbaycan dostluğunun ən gözəl xüsusiyətlərindən biri də odur ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma vətənlərində, torpaqlarında yaşayırlar və Gürcüstanın bərabər hüquqlu vətəndaşlarıdır,  Azərbaycanda yaşayan gürcülər öz doğma vətənlərində, torpaqlarında yaşayırlar və Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Bunu ümummilli lider Heydər Əliyev deyib. Onun sözlərinə görə, həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər Gürcüstan-Azərbaycan dostluğunun möhkəmləndirilməsində böyük xidmətlər göstərirlər. Bu dostluğun nəticəsidir ki, BMT, Avropa Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində Azərbaycan və Gürcüstan həmişə bir-birini dəstək verir. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü məsələsində rəsmi Bakı birmənalı şəkildə Tbilisinin mövqeyini dəstəkləyir. Qeyd edək ki, Gürcüstanın ərazi bütövlüyü Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib. Gürcüstan da Azərbaycana qarşı eyni addımı atır. Bildiyiniz kim, Dağlıq Qarabağ münaqnişəsinin həlli Azərbaycan rəhbərliyinin xarici siyasətində çox önəmli yer tutur. Bu baxımdan respublikamız iştirakçısı olduğu bütün çoxtərəfli və ikitərəfli platformalardan Qarabağla bağlı haqlı mövqeyimiz dünyayaya çatdırılır. BMT, İƏT, AŞ RA, Aİ, NATO və digər möhtəbər qurumlarda Azərbayücanın ərazi bütövlüyünün toxunulmazlığını dəstəkləyən qətnamələr, bəyannamələr qəbul olunub, mövqeyimiz ortaya qoyulub. Xüsusilə qeyd etməliyik ki, Gürcüstan hər zaman bu istiqamətdə Azərbaycanı dəstəkləyib. Bunlar ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərib, regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq yaratmaqla yanaşı, onların dünyada mövqeyini möhkəmləndirib, iqtisadi inkişafına da təkan verib. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyib: " Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəsdək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəsdək veririk. Ölkələrimizin ərazi bütövlüyü  məsələsində hər zaman bir-birimizi dəstəkləyirik". Aydındır ki, bu yaxınlıqda, dostluq əlaqələrinin qurulmasında diaspora təşkilatlarının da böyük rolu var. İstər Azərbaycanın Gürcüstandakı diaspora təşkilatları, istərsə də Gürcüstanın Azərbaycandakı diaspora təşkilatları iki dövlət arasında dostluq əlaqələrinin qurulmasında öz töhvələrini verirlər. Onlar hər iki respublikanın ərazisində sərbəst fəaliyyət göstərirlər. Məsələn, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonunda olarkən Qazingiloy kəndinə gedib və orada kənd sakinləri. Diaspora nümayəndələri ilə görüşüb. Görüş zamanı gürcü  diasporasının nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini bildiriblər. Bildirilib ki, rayonda milli azlıqların adət-ənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Eyni sözləri Gürcüstanda yaşayan azərbaycanlılar barədə də söyləmək olar. Bu günlərdə Tbilisidə keçirilən tədbir Azərbaycanın diaspora təşkilatlarının iki ölkə arasında əlaqələrin möhkəmliyini bir daha sübut etdi. İyulun 25-də  Tbilisidə,  M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Türk Dünyası İnfo” İctimai Birliyinin “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində çapdan çıxan “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasınin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, tanınmış jurnalist-şair Dəyanət Osmanlının hazırladığı “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitablarının təqdimatı olub.
Azərbaycanın və Gürcüstanın elm, ictimaiyyət, mədəniyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, layihə rəhbəri və kitabların tərtibçisi Dəyanət Osmanlı, AYB-nin  müşaviri, yazıçı-jurnalist Elçin Hüseynbəyli, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, şair Nizami Paşa Saraclı, Müşfiq Çobanov və başqaları çıxış edərək bu kitabların Azərbaycan-Gürcüstan dostluğuna və ədəbi-mədəni əlaqələrin inkişafına qiymətli töhfə olduğunu bildiriblər. Akademik Nizami Cəfərov bildirib ki, “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” kitabı rus, ingilis və ərəb dillərinə tərcümə olunub. İndi isə gürcü dilinə tərcümə olunan, Azərbaycan etnosunun tarixi, yaranması və inkişaf yolundan bəhs edən bu kitabın Azərbaycana dost ölkə olan qonşu Gürcüstanda nəşri ictimai, mədəni, elmi dairələrdə xalqımızın təşəkkülü, formalaşması tarixi barədə aydın təsəvvürlər yaratmaq işində mühüm bir vasitə olacaqdır. O, Türk dünyasının böyük ədəbiyyat adamlarının əsərlərinin tədqiqində gürcü türkoloqu, akademik Elizbar Cavelidzenin xidmətlərini  minnətdarlıqla xatırlayıb.  Qeyd edib ki, ictimai, elmi-tədqiqat, mədəniyyət, ədəbiyyat  və digər sahələrdə əməkdaşlığımız həmişə aktuallığını qoruyub saxlayan bir məsələdir. Ümumiyyətlə, xaqlarımızın bir-birinə tanıdılmasında iştirak edən hər bir elmi, ictimai, ədəbi-mədəni nəşr nəsillər arasında körpü, nümunədir.
Azərbaycanın Tbilisidəki səfiri Dursun Həsənov sözügedən kitabların təqdimatının, eləcə də “Azərbaycan-Gürcüstan dostluğu günləri” təbirinin keçirilməsinin səruri addım olduğunu diqqətə çatdırıb. Səfir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı dostluq, əməkdaşlıq münasibətlərin yüksək səviyyədə olduğunu göstərir və xalqlarımızın ümumi maraqlarına cavab verir.
Layihənin rəhbəri Dəyanət Osmanlı tərtib etdiyi kitabların məziyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, akademik Nizami Cəfərovun  Tbilisidə çıxan “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası”  əsərinin mədəni əlaqələrimizin inkişafına dəyərli töhfə olduğunu söyləyib. O, layihəyə dəstək verənlərə və zəhməti keçənlərə təşəkkür edərək bildirib ki, “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabında dərc olunan əsərlər Azərbaycan və gürcü yazıçılarına, jurnalistlərə məxsusdur. Şübhəsiz, bu nəşrlər xalqlarımız arasındakı mehriban dostluq münasibətlərinin daha da dərinləyişməsinə xidmət edir. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf səviyyəsindən danışıb. O, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini qeyd edərək tədbirin keçirilməsini və kitabların nəşrini təqdirəlayiq hadisə  hesab edib. Yazıçı Elçin Hüseynbəyli “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına və daha da möhkəmləndirilməsi işinə xidmət edir.
Yazıçı-tədqiqatçı, kitabların redaktoru Mirzə Məmmədoğlu “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” kitabının gürcü dilinə tərcümə olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, bu nəşr gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə olacaq.
Tədbirdə son illər ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdiyi və bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün müxtəlif tədbirlərin, gürcü və Azərbaycan yazıçıların kitablarının hər iki xalqın dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində diaspora təşkilatları böyük rol oynamalıdır.

Tarix
26 İyul 2017 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin