"Real" bu futbolçuya 180 milyon verməyə hazırdı

17:23 - 25 İyul 2017 - İDMAN

"Monako"nun futbolçusu Kilian Mbappe "Real"a transfer oluna bilər. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Madrid təmsilçisinin 180 milyon avro təzminat ödəyəcəyi iddia edilib. Bu məbləğin 160 milyonu dərhal, qalanı isə bonus olaraq "Monako"ya veriləcək.
Xəbərdə o da qeyd olunub ki, "Real" Mbappe ilə 6 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, K.Mbappe ötən mövsüm 44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.

Xəbər xətti