Ana səhifə
19 Oktyabr 2018

FED növbəti iki günlük iclası işə başlayır

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iki günlük iclası işə başlayır. İclasda uçot dərəcəsində dəyişikliklər və iqtisadiyyatın vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.  Sabah Bakı vaxtı ilə saat 22.00-da FED-in qərarı və Federal Açıq Bazar Komitəsinin (FOMC) yekun mətni açıqlanacaq. 
 FED-in budəfəki iclasında uçot dərəcəsininm artırılması gözlənilmir. Bununla yanaşı, yekun mətndə FED-in balansını nə zaman azaltmağa başlayacağı ilə bağlı siqnalların olacağı ehtimalı da azdır. Belə ki, ABŞ iqtisadiyyatının ilk rübdə 1,4%-lik aşağı artım tempi, maaşlarda 0,1%-ə kimi cüzi artım, inflyasiyanın 1,6%-ə geriləməsi FED-i bir qədər gözləməyə məcbur edir. Hazırda ABŞ iqtisadiyyatında ən yaxşı göstərici işsizlikdə qeydə alınıb. Belə ki, həftəlik işsizlik müraciətləri 247 min nəfərə qədər geriləyib. Lakin bu amil FED-in monetar siyasətini sərtləşdirmək üçün kifayət etmir. FED-in əsas diqqəti inflyasiya göstəricisinə istiqamətlənib.

Sabahkı yekun mətndə FED sərt monetar siyasətdən bir müddət uzaqlaşacağı barədə siqnal verərsə, dollar əsas rəqibi olan avro ilə müqayisədə hazırkı 1,1650 USD/EUR səviyyəsindən 1,18-1,20 USD/EUR diapazonuna qədər yüksələ bilər. Lakin gözləntilər FED-in sabah valyuta bazarında sərt hərəkətlərə yol verməyən açıqlamalar edəcəyi istiqamətindədir.report

Tarix
25 İyul 2017 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin