Ana səhifə
13 Noyabr 2018

Külək nə vaxt sakitləşəcək?- AÇIQLAMA

 "Bakıda əsən və arabir güclənən külək iyul ayının 27-dək davam edəcək". Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, iyul ayının 24-dən başlayaraq paytaxtda arabir güclənən şimal qərb küləyi əsir: "Xəzri küləyinin üstünlüyü iyul ayının 27-dək davam edəcək. Yəni, iyul ayının 25-26-ı gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 30-35 dərəcə arasında dəyişəcək".
G.Məmmədovanın sözlərinə görə, iyul ayının 27-i gündüz saatlarından başlayaraq paytaxtda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Yəni, hazırda müşahidə olunan arabir güclənən şimal-qərb küləyi iyulun 27-dən mülayimləşəcək".
Mütəxəssis qeyd edib ki, yaxın iki gün ərzində havanın temperaturunda dəyişiklik gözlənilmir: "İyulun 27-dən etibarən havanın temperaturunun tədricən yüksəlməsi gözlənilir".  

Tarix
25 İyul 2017 [14:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin