Ana səhifə
17 Oktyabr 2018

“Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxır

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxacaq. Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyasını davam etdirməyə iddialıdı. Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Qarabağ” əvvəlki cəhdlərində “ilişdiyi” III təsnifat mərhələsini keçməklə tilsimi qırmağa çalışacaq. Bunun üçün ağdamlılar Bakıdakı ilk görüşdə sərfəli nəticə əldə etməlidi. Düzdü, “Şerif” ilk mərhələdəki rəqib qədər zəif deyil. Lakin Tiraspol təmsilçisi də “Qarabağ”ın məğlub edə biləcəyi rəqibdi. Azərbaycan futbolunda bir sıra ilklərə imza atan əyalət klubu Çempionlar Liqasının pley-offuna çıxmaqla da tarixə düşə bilər. Növbəti ildən avrokubokların formatının dəyişəcəyini və Çempionlar Liqasının qrupuna aparan yolun daha da çətinləşəcəyini nəzərə alsaq, “Qarabağ” bu dəfəki imkandan yararlanmalıdı. Təbii ki, “Şerif” də asanlıqla təslim olmayacaq. Albaniya “Kukesi”sini səfər qolu ilə (1:0, 1:2) ilə keçən tiraspollular qrupa can atır. “Qarabağ” kimi 3 dəfə Avropa Liqasının qrupunda oynayan Moldova çempionu bu uğurunun təkrarını təmin etmək üçün təmsilçimizə müqavimət göstərməyə çalışacaq.  Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyun 25 iyul  21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) Baş hakim: Sergey Sinkeviç (Belarus) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Tarix
25 İyul 2017 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin