FHN Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb

14:30 - 24 İyul 2017 - Xəbər

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti