Şabranda yol qəzası: 5 nəfər xəsarət alıb

07:21 - 24 İyul 2017 - HADİSƏ

Şabran rayonunun Gəndob inzibati ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəza "Mercedes" markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb. Bu zaman sürücü Ramiz Quliyev idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir. Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Xəbər xətti