Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilə bilər

13:05 - 21 İyul 2017 - Xəbər

"Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər".Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
"Bu, yalnız bizdən asılı deyil. "Yollarının Optimallaşdırılması Layihəsi" çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər. Bunun üçün müvafiq qurumlara müraciət olunacaq və yalnız onların razılığı ilə köçürülmə baş tutacaq", - deyə qurum rəsmisi qeyd edib.

Xəbər xətti