Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyulub

11:54 - 21 İyul 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir, dövlət başçısına müəssisə barədə məlumat verilib.
Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub.

Xəbər xətti