Zakir Qaralov beş rayonun vətəndaşlarını qəbul edəcək

11:24 - 21 İyul 2017 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov bu il iyulun 28-də saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluqdan verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər xətti