Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib

16:44 - 20 İyul 2017 - Xəbər

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Xəbər xətti