Ana səhifə
19 İyul 2018

"Qarabağ" ilkə imza atıb

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Moldova təmsilçisi “Şerif”i qəbul edəcək “Qarabağ” ilkə imza atıb. Klubun rəsmi saytında verilmiş məlumata görə, oyunun iyulun 25-də keçiriləcəyini nəzərə alan Ağdam klubu önləyici tədbirlər görüb. “Şerif”lə qarşılaşmanın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb.
Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.
Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur. “Qarabağ” isə Azərbaycanda bir ilki gerçəkləşdirəcək.

 

Tarix
20 İyul 2017 [16:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin