Jurnalistlərə mənzillərin paylanması mərasimi keçirilib

12:32 - 20 İyul 2017 - MEDİA

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var. Binada mənzillə təmin edilən 255 jurnalist arasında “APA Holding”in altı əməkdaşı da var.


Xəbər xətti