"Qarabağ" - "Şerif" matçının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb

12:24 - 20 İyul 2017 - İDMAN

 Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb. “Report”un məlumatına görə, azarkeşlər iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdir.
Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.

Xəbər xətti