Azərbaycanda idman müəllimi faciəvi şəkildə öldü - FOTO

12:08 - 20 İyul 2017 - HADİSƏ

Ağdaşda ağır yol qəzası baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 270-ci kilometrliyində - Ağdaş rayonu ərazisində, Əmirarx kənində Sabirabad rayon sakini Ramid Eyyubov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə 38 yaşlı sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, R.Eyyubov Sabirabad rayon Əsdəli kənd orta məktəbində idman müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti