Ana səhifə
17 Yanvar 2018

Almeyda: “Reynaldo üçün darıxıram”

Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərə müsahibə verib.Ucnoqta.az "Qafqazinfo"ya istinadən həmin müsahibəni təqdim edir:

 
- Bizim üçün çətin olacağını bilirdik. İlk oyunda böyükhesablı qələbə qazanmışdıq. Rəqib buna görə qisas hissi ilə çıxacaqdı. Heç bir halda rəqibə olan hörmətimizi itirmədik. Şükürlər olsun ki, qələbə qazandıq. Komandamız fiziki və texniki cəhətdən hələ artırmalıdır. Qarşıdakı oyunlara hazır olacağımızı düşünürəm.
 
-  Əvəzlənməyiniz nə ilə bağlı idi?

- Qasıq nayihəmdə problem var idi. İlk oyunda bir həftə əvvəl zədələnmişdim. Oyundan öncə də bu haqda danışmışdıq ki, neçənci dəqiqədə əvəzlənim. Hələ fiziki cəhətdən istədiyim kimi deyiləm. Əlavə məşqlər edirik ki, hazır olaq.

 
- “Qarabağ”ın ötən illərlə müqayisədə rəqibləri daha asan düşür. Növbəti mərhələdə “Şerif” – “Kukesi” cütünün qalibi ilə qarşılaşacaqız. Bu haqda nə deyə bilərsiz?
- Futbolda bəxt anlayışını bir o qədər də qəbul etmirəm. Heç kim bizə mərhələni hədiyyə etməyəcək. İstənilən rəqibə qarşı oynayıb mərhələ adlamalıyıq.

 
- Reynaldo ilə birgə oynamaq üçün darıxmırsan?
- Təbii ki, darıxıram. Qardaş kimi mənə yaxındır. Amma artıq 6-cı ildir ki, “Qarabağ”dayam. Burda xoşbəxtəm. O öz yoluna getdi, mən isə “Qarabağ”dayam. Onu komandamızda əvəz edən futbolçular var. Donald Gerye, Əfran İsmayılov kimi futbolçularımız onun boşluğunu doldurur. Darıxıram onun üçün. Reynaldonun yeri görünür. Amma onun əvəz edənlər var.

Tarix
19 İyul 2017 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ