Rusiya Ermənistanla birgə qoşun yaradır

14:19 - 19 İyul 2017 - DÜNYA

Rusiya Federasiya Şurası Ermənistanla vahid ordu birləşmələrinin yaradılması haqqında sazişi ratifikasiya edib. Bu barədə “İnterfaks” informasiya yayıb.
“Birgə qrupların yaradılmasında məqsəd Qafqaz regionunda kollektiv təhlükəsizliyin qorunması üçün hərbi təhlükəsizliyin təmin olunmasıdır”, - deyə sənəddə bildirilir.
Sənəddə vahid ordu birləşmələrinin tərkibinə daxil olan idarəetmə orqanları və silahlı qüvvələrinin vəzifəsi istənilən hücum və ya hər hansı bir təcavüz cəhdinin qarşısının alınması kimi göstərilib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 2016-cı il noyabr ayında Ermənistanla “Vahid ordu birləşmələrinin”yaradılması haqqında sənədi təsdiq etmişdi.Axar.az

Xəbər xətti