Ana səhifə
14 Noyabr 2018

“Azərbaycan Qafqazda İKT-nin keyfiyyətinin yaxşılaşmasına xidmət edir”

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən layihələr Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına xidmət edir.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçid prosesi haqqında hesabatında (Transition Report 2014) deyilir.  

Hesabata əsasən, Azərbaycanda 2010-cu ilədək əsasən infrastrukturun yaxşılaşdırılmasına diqqət ayrılıb, nəticədə kommunikasiya şəbəkələri tam rəqəmli formata keçirilib və xarici internet kanallarının buraxılış qabiliyyəti artırılıb. Telekommunikasiya bazarının liberallaşdırılması özəl sektor üçün imkanlar açıb ki, bu da öz növbəsində, internetə limitsiz genişzolaqlı çıxış tariflərini azaldıb.

Sənəddə bildirilir ki, Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib: “2011-ci ildə 40 dövlət qurumunun xidmətlərinin təqdim edildiyi (2013-cü il üçün olan vəziyyətə görə) “Elektron hökumət” portalı işə salınıb. 2009-2011-ci illərdə İKT sektoruna yatırılmış dövlət və özəl investisiyaların həcmi iki dəfədən çox artırılıb".

Hesabatda o da deyilir ki, bu ilin iyul ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yüksək texnologiyalar, elektron ödəniş proqramları, aeronaviqasiya sistemləri və “e-hökumət” sahələrini əhatə edən 31 "startup"a qrantlar təqdim edib: "2013-cü ildə Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb, eləcə də Azərbaycanın ilk "Azerspace-1" telekommunikasiya peyki orbitə buraxılıb. Bütün bunlar Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına və Azərbaycanın kosmik sənayesinin inkişafına xidmət edir. Son 10 ildə Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 25-30 faiz olub. Bunun sayəsində bu sahəyə neft sənayesindən sonra ən çox xarici investisiya yatırılır", - hesabatda vurğulanır.    

 

Bəhruz

Tarix
20 Noyabr 2014 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin