Ana səhifə
20 Sentyabr 2018

“Öyrənək və inkişaf edək” - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi  tərəfindən “Öyrənək və inkişaf edək - HR  məktəbi” layihəsi çərçivəsində Lənkəran və Mingəçevir şəhərlərində gənclərə təlimlər keçilib. Təlimlərdə region gənclərinə insan resursları və kargüzarlıq sahəsində praktik biliklər verilib, bu sahədə mövcud qanunvericilik və qabaqcıl təcrübə geniş  izah edilib. İnsan resursları üzrə fəaliyyətin əsas istiqamətləri-müsahibə aparma bacarıqları, yeni işçi qəbulu-təlimatlar, tələblər, ilkin qəbul təlimləri, motivasiya tədbirləri, insan resurslarının idarəçiliyi, karyera planlaşdırılması, sənədlərin idarəedilməsi və dövriyyəsi, vəzifə təlimatları və Əmək məcəlləsi gənclərə interaktiv təlim metodlarıyla çatdırılıb. Layihənin təlimçisi Ceyhun Abbasov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, elektron hökümət portalı və ondan istifadə barədə gəncləri maarifləndirərək  əyani şəkildə  bir neçə elektron xidmətdən yararlanmağın yollarını göstərib. Təlimlər  qarşılıqlı fikir mübadiləsi və sual-cavab üzərində qurulmuş, region gənclərinə insan resursları və kargüzarlıq sahəsində maksimum bilgi verilməsinə çalışılıb.

Təlimlərin sonunda iştirakçı gənclərə paylama materialları və sertifikatlar təqdim edilib.

Tarix
8 Oktyabr 2014 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin