Ana səhifə
21 İyul 2018

"Qarabağ" növbəti mərhələdə

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti qarşılaşması keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Gürcüstanda bu ölkənin təmsilçisi “Samtredia” ilə qarşılaşıb. Oyun 0:1 "Qarabağ"ın qələbəsi ilə yekunlaşlb. Beləliklə Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 qolla məğlub edən Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə adlayıb. “Qarabağ” növbəti mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar. 18 iyul Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu 21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1 Qol: Donald Gerye, 22 İlk oyun – 0:5  Baş hakim: Srcan Yovanoviç Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya) Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
Tarix
18 İyul 2017 [22:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin