Ana səhifə
17 Noyabr 2018

Acun Ilıaclı daha bir kanal alır

Türkiyənin tanınmış aparıcısı, etdiyi sürprizləri ilə məşhur olan Acun Ilıaclı yenə də insanların diqqətini öz üzərinə çəkə bilib.

Ucnoqta.az xəbər verir ki, TV 8-i satın aldıqdan sonra İngiltərə Premyer Liqası matçlarını şifrəsiz yayımlayan və futbolsevərləri artıqlaması ilə sevindirən Acun Ilıcalı daha bir kanal alacaq.

Bu iddianı Türkiyənin tanınmış jurnalistlərindən olan İzzət Çapar özünün köşə yazısında ortaya atıb. Çapa Ilıcalının Yunanıstanda bir televiziya kanalı sahibi olmağa hazırlaşdığını açıqlayıb.

Jurnalist yazısında “Sürprizlərin dadını qaçırmağı heç sevmirım, amma bu xəbəri ilk mən vermək istədim. Bizim Acun, Yunanıstanın ən böyük kanallarından birini satın almaq üzrəymiş. Hətta bu həftəsonu komandasını sənədləri imzalamaq üçün Yunanıstana göndərəcək. Sevin və ya sevməyin, Acunun müxbirlikdən produserliyə, oradan kanal sahibliyinə, indi də beynəlxalq media rəhbərliyinə uzanan uğur nağılına baş əyməmək mümkün deyil”, - sözlərini qeyd edib.(Azxeber.com)

Tarix
20 Noyabr 2014 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin