Xudatda “Mercedes” velosipedçini vuraraq öldürüb

09:49 - 18 İyul 2017 - HADİSƏ

Xudat şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Dərgahi Mahir Musa oğlu idarə etdiyi “Mercedes” markalı 99 DH 457 dövlət nömrə qeydiyyatlı maşınla Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən ölüb. Fakt araşdırılır.

Xəbər xətti