Elmar Məmmədyarov: "Ermənistan vəziyyəti bilərəkdən gərginləşdirib"

17:54 - 17 İyul 2017 - SİYASƏT

"Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır." Bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Prezidentlərin Sankt-Peterburqdakı danışıqlarından sonra Ermənistan tərəfi substantiv danışıqlar yolu ilə münaqişənin həllinə yol verməmək məqsədi ilə müxtəlif bəhanələrlə və təxribatlara əl atmağı davam edir. Hətta danışıqlar prosesinin ciddi davam etdirilməsi üçün erməni tərəfi şərt irəli sürmək istəyir", - E.Məmmədyarov bildirib.

"Ermənistan bu ilin iyun ayından həmsədrlərin regiona səfəri və xarici işlər nazirlərinin Brüsseldəki görüşündən əvvəl vəziyyəti bilərəkdən gərginləşdirib. Bu il iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü və qabaqcadan düşünülmüş hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, daha bir qadın yaralanıb. Son hadisələr, o cümlədən ötən ilin aprelində baş verən hərbi toqquşmalar bir daha sübut etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan tərəfinin öz silahlı qüvvələrini çıxarmasından imtina etməsi səbəbindən region ciddi təhlükələrlə üz-üzə qalıb", - XİN başçısı deyib.
Onun sözlərinə görə, Ermənistan istənilən yolla işğalı davam etdirməyə və status-kvonu saxlamağa çalışır.report

Xəbər xətti