Tovuzda 7 yaşlı qızı ilan sancıb

16:13 - 17 İyul 2017 - HADİSƏ

Tovuz rayonunda azyaşlını ilan sancıb. Rayonun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.Apa

Xəbər xətti