Dənizdə batan şəxs xilas olunub

18:04 - 16 İyul 2017 - HADİSƏ

Dənizdə batan şəxs xilas olunub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 16:34-də başa çatıb.

Xəbər xətti