Xilasedicilər dənizdə batan bir nəfəri xilas edib

11:19 - 15 İyul 2017 - HADİSƏ

Dənizdə batan şəxs xilas olunub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görəi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 09:31-də başa çatıb.

Xəbər xətti