Ana səhifə
16 İyul 2018

Bütün bu uğurların əsasını ümummilli lider Heydər Əliyev qoyub

Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixdən sonra Azərbaycanda böyük bir inkişaf və quruculuq dövrü başladı. Həm dövlətin idarə etməsi sahəsində, həm də ölkə iqtisadiyyatında, eyni zamanda, sənayedə böyük dəyişikliklərə, uğurlara nail olundu. Azərbaycanın o vaxt SSRİ miqyasında nüfuzunun artmasında Dahi Öndərimizin müdirik, uzaqgörən siyasəti mühüm rol oynamışdır. Birmənalı tərzdə, demək olar ki, 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəlişindən sonra respublikanın iqtisadiyyatı, sənayesi ən yüksək səviyyədə inkişaf etməyə başladı. Azərbaycanda pambıqçılıq, neft sənayesi, maşınqayırma sənayesi, kənd təsərrüfatı və digər sahələrdə çox böyük uğurlar və nailiyyətlər əldə edildi. Ulu Öndər Heydər Əliyevin nüfuzu, dahi olması və Onun şəxsiyyəti imkan verdi ki, SSRİ rəhbərliyi Azərbaycana uyğun bir davranış göstərsin. Təbii ki, İttifaq respublikaları arasında Azərbaycanın tanınması, nufuz sahibi olması Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu və Onun Liderlik keyfiyyətləri ilə bağlı idi. O zaman əsası qoyulan siyasət müstəqil Azərbaycanın qurulmasında baza rolunu da oynamış oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra quruculuq-abadlıq işləri, iqtisadi islahalar daha geniş xarakter aldı. Ulu öndər Heydər Əliyev olmasaydı, əlbəttə ki, Azərbaycanın bugünkü böyük inkişafından, quruculuğundan, dövlətçilik ənənəsindən və əldə etdiyi böyük uğurlardan danışmaq mümkün olmazdı. Azərbaycanının müstəqilliyinin möhkəmlənməsində və inkişafında, xalqımızın firavan, təhlükəsiz həyatının təmin olunmasında Ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri var. Əsası qoyulan siaysət Ümummilli lider Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan düzgün xarici siyasət, imkan verir ki, Azərbaycan bu gün bütün dünyada öz sözünü desin. O cümlədən, bu gün fəxrlə deyə bilərik ki, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bütün bu uğurların əsasını ümummilli lider Heydər Əliyev qoyub.

 

Rufiz Qonaqov,
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü,
BMAM sədri

Tarix
14 İyul 2017 [11:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin