Şəkidə bələdiyyə sədri özünü asıb

10:01 - 14 İyul 2017 - HADİSƏ

Şəkidə bələdiyyə sədri özünü asıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. 

Xəbər xətti