Bakıda sürücü piyadanı vurub hadisə yerindən qaçıb

09:00 - 14 İyul 2017 - HADİSƏ

Gecə saatlarında Bakıda piyadanı avtomobil vurub. Ucnoqta.az APA TV -yə istinadən xəbər verir ki, yol qəzası Bakının Xəzər rayonunda baş verib. Binə qəsəbəsində qeydə alınmış hadisə zamanı 1976-cı il təvəllüdlü Həsənov İlqar Zakir oğlu yolu keçmək istəyərkən "Renault" markalı minik avtomobilinin zərbəsinə tuş gəlib. 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən İlqar Həsənovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisə şahidlərinin bildirdiyinə əsasən, avtomobilin sürücüsü hadisə barədə təcili tibbi yardım xidmətinə məlumat verdikdən sonra həmin ərazidən uzaqlaşıb. Hadisə ilə əlaqədar Xəzər RPİ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xəbər xətti