Salyanda ağır yol qəzası: 3 ölü, 3 yaralı

08:58 - 13 İyul 2017 - HADİSƏ

Salyanda baş verən ağır yol qəzasında  ölənlərdən ikisinin kimliyi məlum olub APA-nın məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur. Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.   ***  Salyan rayonunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.  Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub.  Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır. Qəzanın səbəbləri müəyyənləşdirilir.   ***  03:29 Ələt-Astara yolunda ağır  yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, avtomagistralda mikroavtobusla “KamAZ” toqquşub. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Xəbər xətti