Ana səhifə
21 Noyabr 2018

Bakıdan Madridə birbaşa aviareys açılacaq

Azərbaycan və İspaniya paytaxt şəhərlər arasında birbaşa uçuşların həyata keçirilməsi üçün tamamlama işləri aparır.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın Efe agentliyinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov danışıb. Cənab Səmədov hazırda Barselonada Eibtm biznes turizm sərgisində iştirak edir.

Onun sözlərinə görə, birbaşa uçuş iki ölkə arasında turist axını və biznesin inkişafına öz töhfəsini verəcək.

Səmədovun sözlərinə görə, hökumət “neft gəlirlərinin əbədi olmayacağını” anlayıb iqtisadiyyatın digər sektorlarını inkişaf etdirir. Buraya turizm, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları daxildir.

“Biz Azərbaycanın bahalı ölkə olması stereotipini qırmaq istəyirik,” Səmədov deyib. Onun sözlərinə görə, son illər hökumət yüksək səviyyəli turizm obyektləri və infrastruktur yaradıb.

Nazir müavini onu da etiraf edib ki, Azərbaycan İspaniyada az tanındığından daha çox ispanı cəlb etmək elə də asan deyil. O, Bakının kommersiya fəaliyyəti və marketinq cəhdlərinin artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın beynəlxalq imicinə doğru ən böyük uğur da elə ispanların əliylə həyata keçib:

“Atletico de Madrid futbol komandasının forması indiyədək reklama yatırdığımız ən yaxşı sərmayədir,” Səmədov bildirib.

«Atletico» futbolçularının «Land of fire –Azerbaijan» yazılı formalarının həmin kluba 20 milyon avrodan çox qazanc gətirəcəyi bildirilirdi.

 

 

(azadliq.org)

 

Tarix
20 Noyabr 2014 [20:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin