Şamaxıda iki azyaşlı qidadan zəhərlənib

10:45 - 12 İyul 2017 - HADİSƏ

Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində və Mirikənd kəndində qeydə alınıb. Mirikənd sakini, 2011-ci il təvəllüdlü Aynur Babayeva və Şamaxı şəhərinin Sabir küçəsindəki 41 saylı mənzildə yaşayan, 2014-cü il təvəllüdlü Toğrul Abbasov qida məhsullarından zəhərləndiyi üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində azyaşlıların həyatı xilas olunub.
Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti